“Azərbaycanda “Daşnaksütyun”a bağlı olan adamlar var və bu şayiə deyil” – Cümşüd Nuriyev

“Azərbaycanda “Daşnaksütyun”a bağlı olan adamlar var və bu şayiə deyil” – Cümşüd Nuriyev

Hazırda oxunan: “Azərbaycanda “Daşnaksütyun”a bağlı olan adamlar var və bu şayiə deyil” – Cümşüd Nuriyev

12654

Son zamanlar xarici dövlətlərdə iş və yaşamaq icazəsi, təhsil proqramlarında iştirak qarşılığında bəzi azərbaycanlıların erməni xüsusi xidmət orqanları tərəfindən ələ alınması haqda məlumatlar mövcuddur. 

Verilən məlumatlara görə, “Daşnaksütyun” təşkilatının xaricdəki qurumları vasitəsilə ələ alınan şəxslər ölkə daxilində və Avropa ölkələrində Azərbaycana qarşı bəzi provokativ fəaliyyətləri icra edirlər.

Həqiqətənmi “Daşnaksütyun” Azərbaycanda nə edə bilər və ümumiyyətlə onlar kimlərisə “verbovka” edə bilərmi? Bu cür faktlar varmı, yoxsa sadəcə şayiədir?

Politoloq Cümşüd Nuriyev Bizim.Media-ya açıqlamasında bildirib ki, “Azərbaycanda “Daşnaksütyun”a bağlı olan adamlar var və bu heç də şayiə deyil”. 
 

MÖVZU İLƏ BAĞLI:

“Daşnaksütyun”a xidmət edən azərbaycanlılar - SENSASİYA


Onun fikrincə, burada təkcə “Daşnaksütyun” partiyası deyil, “Qınçaq”, PKK, ASALA da var.

O, bildirib ki, bu terror təşkilatlar birbaşa Azərbaycana çıxa bilmədikləri üçün, ölkədəki bəzi qüvvələrdən istifadə edirlər:

“Azərbaycan da ancaq rəsmi mənbələrə görə 40.000-dən çox erməni yaşayır. Onların 30.000 nəfəri Bakı şəhərinin payına düşür. Çox təəssüf ki, bizim dövlət qurumlarımızda da özünün və uşaqlarının damarlarında erməni qanı axan bir çox insanlar var.

Onların da əksəriyyəti ya oliqarxlardı, ya da klanların içində olan nüfuzlu insanlardır. Onlara hazırda Prezident İlham Əliyevin yürütdüyü siyasət sərf etmir. Prezidentin qalibiyyətinə görə onlar çox qəzəblidirlər. Bundan əlavə onlar uduzmağı sevmirlər, Qarabağdakı məğlubiyyəti həzm edə bilmirlər”.

Bu qara qüvvələrin bir çox dövlət qurumlarında fəaliyyətindən bəhs edən politoloq, onların hər yerdə türkçülük maskası altında oynadıqlarını qeyd edib:

“İstər Milli Məclisdə, istərsə də digər qurumlarda bu insanlar kifayət qədərdir. Ən təhlükəlisi də odur ki, əksəriyyəti türkçü mövqeyindən çıxış edir. Bütün mediada bunlar millətsevər kimi şüvən salırlar. 

Bu dəqiqə erməniləri təkidi və təklifi ilə 5-ci kalon Azərbaycanda güclü fəaliyyətə başlayıb. Bu qüvvələr Azərbaycanda camaat arasında panika yaratmaq üçün şayiələr yaymaqla məşğuldurlar.

Hazırda onların əli ilə cəmiyyət içində yeni müharibənin başlanması haqqında yalanlar dolaşmaqdadır. Onlar çox təhlükəli siyasətlə məşğul olurlar. Əsas məqsədləri Prezidentn ətrafında dəmir yumruq kimi birləşən insanları ondan ayırmaq, öz hakim kürsülərini qorumaq və Azərbyacanın Qarabağdakı qələbəsinə kölgə salmaqdır”.

C.Nuriyev bu qüvvələrin Azərbaycan dövlətini daxildən parçalamaq kimi bir missiyası olduğunu da vurğulayıb:

“Onlar Azərbaycanın mövqeyini zəiflətmək üçün həm ölkə daxilində, həm də xaricdəki qüvvələr vasitəsilə iş görürlər. Bu qüvvələrin nüfüzlü nümayəndələrindən hakimiyyətdə üç nazirimiz vardı. Birini çıxardılar, ikisi hələ də hakimiyyətdədir. Onların birinin nənəsi, digərlərinin anaları ermənidir. Qanında erməni qanı axan insan Azərbaycanı necə sevə bilər?”

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO