Gənc əsgərlər hərbi hissələrə yola salındı – VİDEO  

Gənc əsgərlər hərbi hissələrə yola salındı – VİDEO  

Hazırda oxunan: Gənc əsgərlər hərbi hissələrə yola salındı – VİDEO  

126526

Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kursları başa çatan gənc əsgərlərin döyüş təyinatlı birləşmə və hissələrə yola salınmaları münasibətilə  mərasim keçirilib. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib. 

Çıxış edən zabit, əsgər və valideynlər Vətənə xidmət etmək hər bir gəncin müqəddəs borcu olduğunu bildirib, keçirilən məşğələlərdə peşəkarlaşan gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıblar.   
General-mayor Məhəmməd Həsənov Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin Novruz bayramı və buraxılış mərasimi münasibətilə təbrikini şəxsi heyətə çatdırıb, gənc əsgər hazırlığı kursunun əhəmiyyətindən və hərbi hissədə xidmətin nümunəvi təşkili üçün yaradılan şəraitdən danışıb. 

Bildirilib ki, Əlahiddə Ümumqoşun Orduda gənc əsgər hazırlığına xüsusi diqqət yetirilir. Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq keçirilən məşğələlərdə nizamnamə və hərbi qanunvericiliyin müvafiq tələbləri, eləcə də sıra, fiziki və atəş hazırlığı üzrə çalışmaların elementləri öyrədilir. Həmçinin hərbi xidmət dövründə gənclər milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda gələcəyin nümunəvi vətəndaşları kimi formalaşır, dözümlülük, möhkəmlik, müxtəlif şəraitlərə uyğunlaşmaq kimi üstün keyfiyyətlər qazanırlar. İnanırıq ki, ixtisas hazırlığı kurslarını başa vuran əsgərlərimiz  məşğələlərdə qazandıqları bilik və bacarıqları  növbəti xidmət yerlərində uğurla tətbiq edərək komandirlərinə və valideynlərinə hər zaman başucalığı gətirəcəklər. 

Mərasimdə ixtisas hazırlığı kursunu başa vurmuş əsgərlər fiziki hazırlıq üzrə silahlı və silahsız çalışmalar kompleksini, müxtəlif atıcı silahların gözübağlı vəziyyətdə natamam sökülüb yığılmasını, minaatan qurğuların döyüşə və səfər vəziyyətinə gətirilməsini, mina sahəsinin qurulmasını və keçidlərin açılmasını, rabitə vasitələri ilə fəaliyyət göstərilməsini, kəşfiyyat hazırlığından müxtəlif elementləri praktiki yerinə yetiriblər. 
Bölmələrin tribuna önündən təntənəli keçidilə mərasim başa çatıb. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO