Bakının mərkəzində küçəni çirkab suları basdı – VİDEO  

Bakının mərkəzində küçəni çirkab suları basdı – VİDEO  

Hazırda oxunan: Bakının mərkəzində küçəni çirkab suları basdı – VİDEO  

126499

Dünən axşam saatlarında Bakı şəhər Nəsimi rayonu Ceyhun Hacıbəyli küçəsinin Xətai prospekti ilə kəsişdiyi ərazidə kanalizasiya xəttində qəza baş verib. 

Bizim.Media “Qafqazinfo.az”a istinadla xəbər verir ki, metronun “28 May” stansiyasının yaxınlığında baş vermiş hadisə nəticəsində yolun hərəkət hissəsinə çirkab suları dolub. 

Sakinlərin bildirdiyinə görə, xeyli vaxt keçməsinə baxmayaraq, aidiyyəti qurumlar əraziyə gəlib hadisə ilə maraqlanmır. 

“Azərsu”yun Mətbuat xidmətinin rəisi Anar Cəbrayılov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı aidiyyəti idarə məlumatlandırılıb: “Tərəfimizdən lazımi tədbirlər görüləcək”. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO