Ağ Ev: “Ukraynada atəşkəs qəbuledilməzdir”

Ağ Ev: “Ukraynada atəşkəs qəbuledilməzdir”

Hazırda oxunan: Ağ Ev: “Ukraynada atəşkəs qəbuledilməzdir”

126451

“ABŞ hazırda Ukraynada atəşkəsi qəbuledilməz hesab edir”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri “Fox News”a açıqlamasında Ağ Evin sözçüsü Con Kirbi bildirib. 

“Bu görüş (Çin Xalq Respublikasının sədri Si Cinpinlə Rusiya Prezidenti Vladimir Putinin görüşü – Red) hər hansı atəşkəs çağırışına səbəb olarsa, bu, qəbuledilməz olacaq.

Çünki bu, yalnız bu günə qədər Rusiyanın qazanclarını ratifikasiya edəcək, Putinə yeni adamlar hazırlamaq və özünə uyğun gələn yeni hücumu planlaşdırmaq üçün vaxt verəcək”- deyə, o bildirib. 
O əlavə edib ki, ABŞ Prezidenti Cozef Baydenin Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşü vaxtında baş tutacaq. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO