Millimiz dünya kubokunu 6 medalla başa vurdu

Millimiz dünya kubokunu 6 medalla başa vurdu

Hazırda oxunan: Millimiz dünya kubokunu 6 medalla başa vurdu

126436

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya Kubokuna yekun vurulub. 

Bizim.Media xəbər verir ki, Azərbaycan millisi 25 ölkədən 176 (58 qız, 118 oğlan) boksçunun qatıldığı yarışı 1 gümüş və 5 bürünc medalla tamamlayıb. 

Turnirin finalında Ömər Aslanlı (54 kq) meksikalı Andrey Bonilya ilə üz-üzə gəlib. Rəqib qələbə qazandığından Azərbaycan təmsilçisi ikinci yeri tutub. 

Beləliklə, yığmanın Budvada qazandığı medalların sayı 6-ya çatıb. Aslanlıdan öncə Məhəmmədəli Aşurəliyev (57 kq), Ziya Həsənov (71 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) bürünc mükafata sahib olublar. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO