“Rasmussen ermənilərin təsiri altına düşüb” – İlqar Vəlizadə

“Rasmussen ermənilərin təsiri altına düşüb” – İlqar Vəlizadə

Hazırda oxunan: “Rasmussen ermənilərin təsiri altına düşüb” – İlqar Vəlizadə

125915

"The Economist” nəşrinin yazdığına görə, NATO-nun keçmiş Baş Katibi Anders Foq Rasmussen deyib ki, Azərbaycan Rusiyanın taleyindən nəticə çıxartmalıdır.

Maraqlıdır, Azərbaycan təcavüzkar ölkə deyil, heç kimin ərazisini işğal etməyib. Əksinə, təcavüzə məruz qalan Azərbaycan özü olub. 30 il ərzində Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayıb.

Belə olan halda, Azərbaycanın Rusiyanın taleyindən özü üçün nəticə çıxarmalı olduğu heç nə yoxdur. Nəticə çıxarası ölkə varsa, o da Ermənistandır. 

Bizim.Media-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirir ki, NATO-nun keçmiş Baş katibini ermənipərəstlərin təsiri altına düşüb:

“Rasmussen həmin açıqlaması ilə yəqin ki, Rusiyanın işğalçılıq siyasətinin nəticəsindən nəticə çıxarmalı olduğumuzu nəzərdə tutub. Amma Azərbaycan heç kəsin torpağını işğal etməyib. Əksinə, Azərbaycan torpaqları uzun müddət işğal altında olub.
Görünür, Rasmussen ermənilərin təsiri altına düşüb, onların əlində danışan alətə çevrilib. Belə açıqlama ilə çıxış etməsi onunla aparılan təbliğatın nəticəsidir. Onlar təbliğat apararaq, Pasmussenin beyninə özlərinə lazım gələn tezisləri yürüdüblər. Rasmussen NATO-nun siyasətinə təsir göstərən gücdə deyil. Ona görə danışır, danışsın da”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO