Fatimə avtomobil vuran köməkçisi HAQDA: “Komaya düşə bilər” - ÖZƏL

Fatimə avtomobil vuran köməkçisi HAQDA: “Komaya düşə bilər” - ÖZƏL

Hazırda oxunan: Fatimə avtomobil vuran köməkçisi HAQDA: “Komaya düşə bilər” - ÖZƏL

125823

Rəqqasə Fatimə Fətəliyevanın köməkçisi Aytac Bayramzadəni maşın vurub. 

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı rəqqasə ilə əlaqə saxlayıb. 

Fatimə göz yaşı içində Aytacın hazırkı vəziyyətinin ağır olduğunu açıqlayıb: 
 
“Aytacla dünən çəkilişdə idik. Çəkilişdən sonra isə o ad gününə getməli idi. Qızdırması var idi, deyirdi ki, halsızam evə gedəcəyəm. Ad günündən çıxıb yolu keçəndə  onu avtomobil vurub. Hazırda Aytac 1 saylı Şəhər Klinik Xəstəxanasındadır. Vəziyyəti olduqca ağırdır.

O bir saatdan sonra digər xəstəxanaya köçürüləcək. Başından ağır zədə alıb, bədənində də sınıqlar və yaralar var. Hazırda həkimlər Aytacın səhhəti ilə bağlı dəqiq bir şey deyə bilmirlər. Bir tək onu söyləyiblər ki, əgər özünə gəlməsə, komaya düşə bilər”. 
Qeyd edək ki, 1991-ci il təvəllüdlü Bayramzadə Aytac Xalis qızı “Kratos” restoranından çıxaraq əks tərəfə keçmək istəyərkən onu avtomobili vurub. 




Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO