Şevardnadze 42 yaşında ilk dəfə ana olacaq

Şevardnadze 42 yaşında ilk dəfə ana olacaq

Hazırda oxunan: Şevardnadze 42 yaşında ilk dəfə ana olacaq

12574

Jurnalist Sofiko Shevardnadze şəxsi həyatı ilə bağlı gizlilik pərdəsini açıb. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı mk.ru saytı yayıb.

Mənbə yazır ki, o, heç vaxt şəxsi həyatı ilə bağlı təfərrüatlara getməyib, sevgililəri haqda şayiələrə münasibət bildirməyib.

Yalnız onun heç vaxt evli olmadığı məlumdur. İndi ekran ulduzunun ana olmağa hazırlaşdığı ortaya çıxıb.

Şevardnadze “Clubhouse”da analıq mövzusunu müzakirə edən zaman xoş xəbəri eşitdirib.

42 yaşlı qadın tezliklə övlad sahibi olacağını açıqlayıb.

Uşağın atası kimdir? Söhbət donordanmı gedir? Və ya bəlkə uşağı övladlığa götürəcək? Jurnalistin pərəstişkarları yalnız təxmin edə bilərlər.

Şevardnadze təfərrüatları verməkdən imtina edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO