2 güləşçimiz üçün bürünc medal şansı - FOTO 

2 güləşçimiz üçün bürünc medal şansı - FOTO 

Hazırda oxunan: 2 güləşçimiz üçün bürünc medal şansı - FOTO 

125727

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-23 Avropa çempionatı davam edir.  

Bizim.Media xəbər verir ki, yarışın üçüncü günündə qadın güləşi üzrə millinin 3 üzvü mübarizəyə qoşulub.  

Şəhanə Nəzərova (50 kq) moldovalı Mariya Leordaya 10:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda litvalı Qabija Diliteyə məğlub olub.  

Elnurə Məmmədova (55 kq) polşalı Angelika Mitkovskaya 12:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda isveçli Emma Malmqrenə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Elnurə sabah bürünc medal uğrunda moldovalı Mihaela Samoillə güləşəcək.  
Nigar Mirzəzadə (68 kq) ilk mərhələdə slovakiyalı Suzanna Molnara məğlub olub. Rəqib finala yüksəldiyi üçün Nigar sabah təsəlliverici görüşdə polşalı Karolina Kozlovskayla güləşəcək. 




Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO