ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Qara dəniz vasitəsi ilə taxıl daşınması təşəbbüsünün uzadılması ilə bağlı danışıqların kritik nöqtədə olduğunu və dünyanın bu istiqamətdə yeni təşəbbüsə ehtiyacı olduğunu bildirib.
Bizim.Media xarici mətbuata istinadən bildirir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays gündəlik mətbuat konfransında bu haqda danışıb:
“Ukraynanın taxıl və taxıl məhsullarının dünyaya təhlükəsiz daşınması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşin təşəbbüsləri ilə Rusiya, Ukrayna, Türkiyə və BMT arasında imzalanan Qara dəniz vasitəsi ilə taxıl daşınması barədə olan razılığın müddəti bitir. Danışıqlarda kritik bir nöqtədəyik.
Təşəbbüsün uzadılması üçün bütün tərəflərin razılığı lazımdır və Baş katib (BMT Baş katibini nəzərdə tutur-red) bunun üzərində işləyir”.
ABŞ Dövlət Departamentinin sözçüsü daha sonra bildirib ki, dünyanın taxıl göndərmə təşəbbüsünün uzadılmasına ehtiyacı var.
“Hesab edirik ki, bu təşəbbüsün müddəti uzadılmalı və əhatə dairəsi genişləndirilməlidir”.
ABŞ rəsmisi rəsmi Moskvanın taxıl və gübrə ixracının qarşısının alınması ilə bağlı iddialarını da rədd edib.
Əhməd Fikrətoğlu, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:00 / 14.03.2023
ABŞ taxıl danışıqlarının kritik nöqtədə olduğunu etiraf etdi - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: ABŞ taxıl danışıqlarının kritik nöqtədə olduğunu etiraf etdi - RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: ABŞ taxıl danışıqlarının kritik nöqtədə olduğunu etiraf etdi - RƏSMİ AÇIQLAMA
125468
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.