Bakı dairəvi avtomobil yolunda maşın AŞDI- Ölən VAR

Bakı dairəvi avtomobil yolunda maşın AŞDI- Ölən VAR

Hazırda oxunan: Bakı dairəvi avtomobil yolunda maşın AŞDI- Ölən VAR

125435

Bakı dairəvi avtomobil yolunda maşın aşıb, qadın ölüb. 

Bu barədə Bizim.Media-ya Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Dəhşətli qəzada baş çavuş ÖLDÜ - FOTO


O bildirib ki, bu gün paytaxtın kənar dairəvi yolunun 4-cü km-də "KİA" markalı, 90-NE-840 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Seyidov Namiq Mirqasım oğlunun maşını yüksək sürətlə və kobud qayda pozuntuları törədərək idarə etməsi nəticəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Qəza zamanı sürücü yüngül xəsarət alıb, sərnişini, 1991-ci il təvəllüdlü Səbinə Məhərrəmova isə ölüb. 

"Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, təəssüflər olsun ki, yenə də bəzi sürücülər yüksək sürətin ölümə səbəb olduğunu belə ağır faciələr başlarına gəldikdən sonra anlayırlar", - DYP rəsmisi vurğulayıb. 

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO