İrandan Azərbaycana gətirilən yararsız məhsulun həcmi AÇIQLANDI 

İrandan Azərbaycana gətirilən yararsız məhsulun həcmi AÇIQLANDI 

Hazırda oxunan: İrandan Azərbaycana gətirilən yararsız məhsulun həcmi AÇIQLANDI 

125396

Bu il İrandan idxal edilən istehlaka yararsız portağal məhsulunun həcmi 1400 tonu keçib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

İrandan göndərilən məhsulların ZƏRƏRLİLİYİ ARTIB – Baykot edilə bilərmi?


Nəzarət tədbirləri çərçivəsində İrandan idxal edilən portağal məhsulu partiyalarına fitosanitar baxış keçirilib, müayinələrin aparılması məqsədilə məhsullardan nümunələr götürülərək agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. 

Sınaq protokolları nəticəsində idxal olunmuş ümumilikdə 1438 tondan artıq 72 portağal məhsulu partiyasında (2023-cü ilin 1 yanvar-10 mart tarixlərində) karantin tətbiq edilən zərərli orqanizm - sitrus tristeza virusu (“citrus tristeza virus”) aşkarlanıb.
Bu barədə İranın Milli Bitki Mühafizəsi Təşkilatına bildirişlər göndərilib və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə agentliyə məlumat verilməsi bildirilib. 

Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq, qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərarlar qəbul edilib. 

Bu ilin 1 yanvar-10 mart tarixlərində İrandan portağal məhsulları idxal edən və uyğunsuzluq aşkarlanan şirkətlərin adları aşağıdakı kimidir: 

"Amotrade" MMC 

"Fruit Logistik" MMC 

"Senergy Az" MMC 

"South Potato" MMC 

"Əkinçi-10 2021" MMC 

"Əli 1" MMC 

"Limon Comp" MMC 

"Albalı A Fruit" MMC 

"Dry Fruits" MMC 

"Ballı Store N" MMC 

F/Ş Sadıqov İqbal Sayad oğlu 

"Narnumru" MMC 

"Frukt.is" MMC 

"Best Supply Company" MMC 

F/Ş Hüseynov Şahverən Hüseynqulu oğlu 

"Bilal Fruit" MMC 

"Frut-ZV" MMC

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO