Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 13-də ölkəmizdə səfərdə olan Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Məlumata görə, görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb, Albaniya Prezidentinin tədbirin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiyasında iştirakı yüksək qiymətləndirilib.
Prezident İlham Əliyevin ötən ilin noyabr ayında Albaniyaya dövlət səfərinin iki ölkə arasında əlaqələrin inkişafı baxımından tarixi önəmi qeyd edilib.
Azərbaycan-Albaniya əməkdaşlığının bir çox sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, iqtisadi-ticarət, investisiyaların təşviqi, enerji, kənd təsərrüfatı, humanitar və digər istiqamətlərdə əlaqələrin perspektivləri müzakirə edilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:14 / 13.03.2023
Baş nazir Albaniya Prezidenti ilə iqtisadi-ticarət əlaqələrinin perspektivlərini MÜZAKİRƏ ETDİ
Hazırda oxunan: Baş nazir Albaniya Prezidenti ilə iqtisadi-ticarət əlaqələrinin perspektivlərini MÜZAKİRƏ ETDİ
Hazırda oxunan: Baş nazir Albaniya Prezidenti ilə iqtisadi-ticarət əlaqələrinin perspektivlərini MÜZAKİRƏ ETDİ
125308
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.