Nigarın qalmaqallı çıxışına görə efirdə mikrofonu SÖNDÜRÜLDÜ - VİDEO 

Nigarın qalmaqallı çıxışına görə efirdə mikrofonu SÖNDÜRÜLDÜ - VİDEO 

Hazırda oxunan: Nigarın qalmaqallı çıxışına görə efirdə mikrofonu SÖNDÜRÜLDÜ - VİDEO 

124809

Əməkdar artist Nigar Şabanova Azərbaycan Dövlət Akademik Opera və Balet Tetarından qalmaqallı şəkildə ayrılmasından danışıb. 

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu “Səhər mərkəzi” verilişində söz açıb. 

Nigarın proqramda çıxış etdiyi zaman bir neçə saniyəlik mikrofonu söndürülüb. Şabanovanın görüntüsü canlı efirdə getsə də, səsi eşidilməyib.

“Məsələ çox böyümüşdü, danışmaq istəmirəm. Xoşagəlməz nüanslar oldu. Operaları da, muğamları da, xanəndəlikləri də sağlıqlarına qismət olsun. Ondan sonra çox küsdüm. Təbii ki, muğamdan küsə bilmərəm, nə qazanmışamsa, dünyanın yarısını gəzmişəmsə, böyük səhnələrə çıxmışamsa, o da muğam sayəsindədir. 
Amma “dayan” dedim. Çünki savaşmaq istəmədim. Mübarizə aparsam, başım ona qarşıacaqdı, sənət unudulacaqdı.

Bilirlər ki, Nigar necə xanəndədir. Müsabiqələrdə iştirak edənlər dəfələrlə eyni ladda muğam oxuyublar. Nigar elə dəstgahlar ifa edib ki, hər xanəndənin cəsarəti deyil ki, səsi ora çatdırsın. Xanəndələr də Nigarın səsini yaxşı bilirlər. Sağ olsunlar, elə küsdürdülər ki... Amma çağırsalar, getmərəm. Operaya qayıtmaram”, - deyə N.Şabanova fikirlərini ifadə edib.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO