\

\"Sevgini yalan, nankorluq və xəyanət bitirir\" - Aynişan

Hazırda oxunan: \"Sevgini yalan, nankorluq və xəyanət bitirir\" - Aynişan

12475

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb.

Bizim.Media xəbər verir ki, bir müddət əvvəl boşanma xəbəri ilə gündəmə gələn Aynişan "Sizi sıxışdıran suallar verən insanlara qarşı münasibətiniz necədir?" sözlərinə "Məni kimsə sualları ilə sıxışdıra bilməz. İstəmədiyim suala cavab vermirəm" cavabını verib.

Blogger daha sonra "Artıq məndə darıxma duyğusu yoxdur. Güclü olmaq yaxşıdır, amma güclü olmaq üçün insan çox əziyyət çəkməli olur.

Heç kim xoş günündən güclü olmur. Çətinlik bizi güclü edir. Kaş ki, hamı güclü deyil, xoşbəxt olsa" sözlərini əlavə edib.

Aynişan evliliyi bitirən amilləri sadalayıb. "Sevgini evlilik bitirmir. Sevgini güvənsizlik, yalanlar, nankorluq və xəyanət bitirir" sözlərini söyləyib.

"Ayrılan qadın qisas hissi ilə yaşayır" fikrinə Aynişan "Ortada sevgi varsa, məncə, ola bilər. Əks halda heç vecinə də deyil" reaksiyasını verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO