Latviya Prezidenti: “Azərbaycan qlobal məsələlərin həlli ilə bağlı bir çoxlarını ilhamlandırıb”

Latviya Prezidenti: “Azərbaycan qlobal məsələlərin həlli ilə bağlı bir çoxlarını ilhamlandırıb”

Hazırda oxunan: Latviya Prezidenti: “Azərbaycan qlobal məsələlərin həlli ilə bağlı bir çoxlarını ilhamlandırıb”

124677

“Azərbaycan Qoşulmama Hərəkatında aparıcı rol oynayır. Bu, 120 üzv dövlətdən ibarət olan yaxşı bir platformadır”.

Bizim.Media xəbər verir ki, bu barədə Latviya Prezidenti Egils Levits X Qlobal Bakı Forumundakı çıxışı zamanı bildirib.

Azərbaycanın son illər ərzində oynadığı mühüm rolunun beynəlxalq münasibətlərdə etiraf olunduğunu qeyd edən Egils Levits bildirib ki, əslində Azərbaycan siyasi baxımdan, yəni, sülhün necə qorunması, qlobal məsələlərin həlli ilə bağlı bir çoxlarını ilhamlandırıb.
Azərbaycan COVID-19 pandemiyasından sonrakı qlobal diskussiyalara aparıcılıq edir.

Latviya Prezidenti vurğulayıb ki, Azərbaycanla əməkdaşlıq, xüsusən onun BMT ilə işbirliyi onun ölkəsi üçün də vacibdir:

“Çünki burada beynəlxalq hüquqa hörmətlə yanaşılması və ərazi bütövlüyünə riayət edilməsi çox mühüm məsələdir. Əslində bu, bizim Latviyanın da xarici siyasətinin mühüm bir hissəsidir. Bu, ümumiyyətlə, Azərbaycanın ümumi siyasətinin vacib bir hissəsidir. Təbii ki, bu da ölkələrimiz arasında yaxşı münasibətlərdən irəli gəlir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO