Gürcüstan parlamentinin qarşısında "xarici agentlər" haqqında qanun layihəsinin qəbul edilməsinə etiraz olaraq yenidən minlərlə insan küçələrə axışıb.
Bizim.Media "Sputinik Georgia"ya istinadən xəbər verir ki, polisin əmrinə tabe olmayan yürüş iştirakçıları arasında saxlanılanlar var.
Bu gün hüquq-mühafizə orqanları tərəfindən daha 10 etirazçı saxlanılıb. Nəticədə saxlanılan nümayişçilərin sayı 76 nəfərə çatıb.
Xatırladaq ki, martın 7-də keçirilən etirazlar zaman polislə qarşıdurmalar yaşanıb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, “xarici agentlər haqqında” qanunun qəbuluna etiraz edən 66 nəfər inzibati qaydada saxlanılıb.
Bizim.Media
- A-
- A
- A+
Region
22:30 / 08.03.2023
Gürcüstanda ETİRAZ DALĞASI – 76 nəfər saxlanıldı
Hazırda oxunan: Gürcüstanda ETİRAZ DALĞASI – 76 nəfər saxlanıldı
Hazırda oxunan: Gürcüstanda ETİRAZ DALĞASI – 76 nəfər saxlanıldı
124470
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.