ABŞ-ın neft ehtiyatlarında KƏSKİN AZALMA 

ABŞ-ın neft ehtiyatlarında KƏSKİN AZALMA 

Hazırda oxunan: ABŞ-ın neft ehtiyatlarında KƏSKİN AZALMA 

124456

ABŞ-da kommersiya neft ehtiyatları həftə ərzində 1,7 milyon barel azalaraq martın 3-nə 478,5 milyon barel təşkil edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Energetika Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, ehtiyatların hazırkı səviyyəsi son beş ildəki eyni dövrlə müqayisədə orta göstəricidən təxminən 7 faiz çoxdur. 

Qeyd edək ki, ABŞ-da kommersiya neft ehtiyatları ilə bağlı xəbər dərc olunduqdan sonra Londonun ICE birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti 0,35 faiz azalaraq 83 dollar/barel, WTI markalı neftin aprel fyuçerslərinin qiyməti isə 0,64 faiz azalaraq 77,08 dollar/barel təşkil edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO