Zəlzələnin Türkiyəyə vurduğu ziyanın məbləği açıqlandı

Zəlzələnin Türkiyəyə vurduğu ziyanın məbləği açıqlandı

Hazırda oxunan: Zəlzələnin Türkiyəyə vurduğu ziyanın məbləği açıqlandı

124433

“Türkiyədə zəlzələlərin vurduğu zərəri təxminən 80 milyard dollardır”.

Bizim.Media “Demirören” agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahit Kirişçi ölkə mətbuatına açıqlamasında bildirib. 

“Baş verənlər bizim üçün çox ağrılı hadisə idi. Təxmini zərər 80 milyard dollardır.Təkcə Su Ehtiyatları İdarəsinin zəlzələlər nəticəsində gördüyü zərər 22 milyard lirə (1,15 milyard dollar) təşkil edir”, - deyə nazirin sözlərindən sitat gətirib. 
Nazir itkilərin həcminin arta biləcəyini də istisna etməyib. 

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Türkiyədəki İnkişaf Proqramının sözçüsü Luiza Uinton çərşənbə axşamı bildirib ki, fevral ayında baş verən zəlzələlərin Türkiyəyə vurduğu zərər 100 milyard dolları keçə bilər. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO