Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında saziş”i təsdiqləyib.
Bizim.Media ''Resmi Gazete''yə istinadla xəbər verir ki, Türkiyə prezidenti bununla bağlı müvafiq qanunu imzalayıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanla Türkiyə arasında daha bir saziş qüvvəyə mindi
Qanun imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, sənəd Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönmez imzalayıb.
Bizim.Media