Prezident: “Timor-Lestenin Prezidentinin səfəri ölkələrarası əməkdaşlığın davamıdır”

Prezident: “Timor-Lestenin Prezidentinin səfəri ölkələrarası əməkdaşlığın davamıdır”

Hazırda oxunan: Prezident: “Timor-Lestenin Prezidentinin səfəri ölkələrarası əməkdaşlığın davamıdır”

124299

“Tarixdə ilk dəfədir ki, Timor-Lestenin Prezidenti Azərbaycana səfər edir. Əminəm ki, bu, ölkələrimiz arasında dostluq əlaqələrinin, səmərəli əməkdaşlığın və tərəfdaşlığımızın uğurlu davamını təmin edəcək mühüm addımdır”.

Bizim.Meda xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşündə söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: “Pandemiya zamanı Çinin Azərbaycana vaksinlər ayırması dostluğumuzun bariz nümunəsidir”


Qoşulmama Hərəkatının bu yaxınlarda keçirilmiş Zirvə toplantısında ölkənizin yüksək səviyyədə təmsil olunması ilə bağlı minnətdarlığını bildirən dövlətimizin başçısı deyib:

“Bu toplantı olduqca uğurlu idi və üzv dövlətlər arasında həmrəyliyi bir daha nümayiş etdirdi. Azərbaycanın sədrliyinə və bizim üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi və onların maraqlarının müdafiəsinə yönəlmiş təşəbbüslərimizə verilən dəstəyə görə də minnətdarlıq bildirmək istərdim”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO