Conson atasına “Cəngavər titulu”nun verilməsini istəyir

Conson atasına “Cəngavər titulu”nun verilməsini istəyir

Hazırda oxunan: Conson atasına “Cəngavər titulu”nun verilməsini istəyir

124177

Keçən ilin sentyabr ayında “Downing Street-10”dan uzaqlaşdırılan Boris Conson təqaüdçü atası Stenli Consonu fəxri adlara namizəd olan 100-ə yaxın adamın siyahısına daxil edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Times nəşri yayıb. 

İstefaya çıxan baş nazirə cəngavər və qadın titulları, Böyük Britaniyanın seçilməmiş Lordlar Palatasında yerləri və digər Britaniya titulları almalı olan insanların siyahısını tərtib etməyə imkan verilir.
Xatırladaq ki, Consonun atası yazıçıdır. O, Avropa Parlamentinin keçmiş üzvü olub. Onun bu fəxri adı alması ölkədə mübahisəyə səbəb ola bilər.

82 yaşlı Stenli Conson 2020-ci ildə qardaşını - keçmiş nazir Co Consonu lord adına qaldırdığına görə sərt reaksiya ilə üzləşmişdi.

Keçmiş Mühafizəkarlar liderinin sözçüsü “Times” nəşrinə mövzu ilə bağlı belə deyib:

“Biz fəxri adları şərh etmirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO