“Prezident İlham Əliyevin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın yorulmaz səyləri nəticəsində Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək zirvəyə çatıb”.
Bizim.Media xəbər verir ki, bunu baş nazir Əli Əsədov bu gün Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonra deyib.
MÖVZU İLƏ BAĞLI:
Əli Əsədov Mustafa Şentopla görüşdü - FOTO
“Hər iki dövlət başçısı arasında mövcud olan səmimi dostluq və qardaşlıq münasibətləri inam və etimad Azərbaycan və Türkiyə münasibətlərinə müsbət təsir göstərən ən vacib amildir. Əməkdaşlığımız bütün sahələri əhatə edir və əməkdaşlığımız çox gözəl nəticələr verəcək”, - o bildirib.
Bizim.Media