Rusiya və Belarus tennisçilərinin “Uimbildon”da iştirakına icazə veriləcək?

Rusiya və Belarus tennisçilərinin “Uimbildon”da iştirakına icazə veriləcək?

Hazırda oxunan: Rusiya və Belarus tennisçilərinin “Uimbildon”da iştirakına icazə veriləcək?

123938

Böyük Britaniya Laun-Tennis Assosiasiyası Rusiya və Belarus raketka ustalarına ölkə ərazisində keçirilən yarışlarda iştirak etməyə icazə verəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. 

Amma iştirakdan əvvəl bu ölkələrin tennisçiləri Rusiyanın Ukraynada apardığı işğalçılıq siyasətini dəstəkləmək məqsədilə heç bir təbliğat kampaniyası aparmayacaqları ilə bağlı sənədlərə imza atmalıdır. 

Xatırladaq ki, ötən il Rusiya və Belarus tennisçiləri qadağa səbəbindən “Böyük Dəbilqə” seriyalı “Uimbldon” turnirində iştirak etməmişdi.

Məhz bu səbəbdən ATP və WTA Böyük Britaniya Laun-Tennis Assosiasiyasını 1 milyon dollar məbləğində cərimələmişdi.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO