Şəkidə 65 yaşlı piyadanı MAŞIN VURDU 

Şəkidə 65 yaşlı piyadanı MAŞIN VURDU 

Hazırda oxunan: Şəkidə 65 yaşlı piyadanı MAŞIN VURDU 

123696

Bu gün axşam saatlarında Şəki şəhərinin mərkəzi küçələrindən birində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Heydər Əliyev prospektində “KİA” markalı avtomobil yolu keçən piyada, şəhər sakini, 65 yaşlı Ramazan Qafarlını vurub.

Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım çağırılıb və ona ilkin yardım göstərildikdən sonra rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata əsasən, qəzada xəsarət alan Ramazan Qafarlının vəziyyəti orta-ağır olaraq qalır. Müalicə və mayinəsi davam etdirilir.

Faktla bağlı Şəki rayon polis şöbəsində araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO