Qubada

Qubada "Xalqımızın bu günü, dünəni və sabahı Heydər Əliyev" tədbiri keçirilib – FOTO

Hazırda oxunan: Qubada "Xalqımızın bu günü, dünəni və sabahı Heydər Əliyev" tədbiri keçirilib – FOTO

123662

Qubada "Heydər Əliyev" ili çərçivəsində "Xalqımızın bu günü, dünəni və sabahı Heydər Əliyev" mövzusunda tədbir keçirilib. 

Bizim,Media-nın yerli bürosu xəbər verir ki, Quba tibb kollecində baş tutan tədbirdə rayon icra hakimiyyətinin məsul əməkdaşı, Azərbaycan Pedaqoji Universitetinin Quba filialının və Yazıçılar Birliyinin Quba bölməsinin nümayəndələri, tibb kollecinin kollektivi iştirak edib.

Çıxışlarda ümummilli lider Heydər Əliyevin Azərbaycan əhalisi üçün gördüyü misilsiz xidmətlərindən,təhsil,səhiyyə və digər sahələrdə verdiyi qərarların indi verdiyi səmərədən ətraflı danışılıb.
Dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlər Qubada davam edir. 




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO