Pandemiya dövründə oğlu ilə Rusiyaya köçən müğənni Fədayə Laçın da bu gün səhər saatlarında vəfat edən ilahiyyatçı Hacı Şahin Həsənli ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında mərhumun fotosunu yayımlayaraq, ölüm xəbərindən sarsıldığını yazıb.
“Çox acı xəbər oldu. Allah rəhmət eləsin... Yaxınlarıma demişdim ki, mən öləndə Hacı Şahin gəlsin, onun gözəl sözləri ilə, şeirlə, qəzəllə məni dəfn edin. Bu arzum da gözümdə qaldı”, - deyə Fədaya vurğulayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, ilahiyyatçı Hacı Şahin ürək tutmasından dünyasını dəyişib. Mərhum bu gün Qurd Qapısı ərazisində yerləşən məzarlıqda torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
23:02 / 02.03.2023
Fədaya Laçın: "Demişdim ki, öləndə Hacı Şahin məni dəfn etsin" - FOTO
Hazırda oxunan: Fədaya Laçın: "Demişdim ki, öləndə Hacı Şahin məni dəfn etsin" - FOTO
Hazırda oxunan: Fədaya Laçın: "Demişdim ki, öləndə Hacı Şahin məni dəfn etsin" - FOTO
123491
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.