''Azərbaycana daha 4,36 mln. ABŞ dolları veriləcək'' - Dünya Bankı

''Azərbaycana daha 4,36 mln. ABŞ dolları veriləcək'' - Dünya Bankı

Hazırda oxunan: ''Azərbaycana daha 4,36 mln. ABŞ dolları veriləcək'' - Dünya Bankı

12345

Dünya Bankı Azərbaycanda icra etdiyi "Kənd təsərrüfatında rəqabətliliyin artırılması" ("Agricultural Competitiveness İmprovement Project") layihəsi çərçivəsində bu il ölkəyə daha 4,36 mln. ABŞ dolları ödəyəcək.

Dünya Bankından Bizim.Media-ya verilən məlumata görə, layihə təkcə Samux rayonunda artıq 150 yerli fermerin kənd təsərrüfatı məhsullarının emalı, qablaşdırılması və paylanması şəbəkələrinə əlçatanlığını yaxşılaşdırıb.

Bundan əlavə, sözügedən layihə nəticəsində rayonun yeni məhsul qurutma müəssisəsi bir çox qonşu kənd və qəsəbələrdə olduğu kimi, yerli istehsalçıların da ehtiyaclarına tam xidmət edə bilir.

Qeyd edək ki, Dünya Bankı tərəfindən 2013-cü ilin sentyabrın ayının 30-da təsdiqlənən "Kənd təsərrüfatında rəqabətliliyin artırılması" layihəsinin ümumi dəyəri 53,25 mln. dollardır və bu məbləğin 34,5 mln. dolları öhdəliyinə düşür.

Bank öhdəliyində olan məbləğin 87,36%-ni (30,14 mln. dollar) ödəyib və qalan vəsaitin də layihənin bağlanacağı müddətədək (2021-ci ilin dekabrın 31-də) ölkəyə ödəniləcəyi gözlənilir.

Layihənin əsas məqsədləri sırasına Azərbaycanda aqrobiznesin həm tələb, həm də təklif tərəflərinin yaxşılaşdırılması, daha yaxşı emal potensialını və bazarlara daha asan çıxışın təmin edilməsi ilə ölkənin kənd təsərrüfatı sektorunun rəqabət qabiliyyətliliyinin artırılması daxildir.

Bank layihənin icrası üzrə ümumi irəliləyişi kafi qiymətləndirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO