Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Hazırda oxunan: Sabahın hava PROQNOZU

123376

Martın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi səhər mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-13° isti olacaq.

Atmosfer təzyiqi 770 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 12-17° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 3-8° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO