Siyəzən şəhərində 71 yaşlı sakinin çürümüş meyiti aşkar edilib.
Bizim.Media-nın rayonun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Əlağa Vahid küçəsindəki evində tənha yaşayan, 71 yaşlı Nurədddin Müslüm oğlu Manafov yataqda ölmüş halda tapılıb.
Meyitə baxış keçirən ekspertlər onun bir neçə gün əvvəl öldüyünü müəyyən ediblər.
Məlumata görə, meyiti dünən axşam vaxtaşırı gəlib ona baş çəkən tanışı görüb və bu barədə polisə məlumat verib. Tanışı 3-4 gündən bir gəlib ona baş çəkirmiş. Mərhumun içkiyə meilli olduğu deyilir.
Siyəzən rayon Prokurorluğunda ölüm faktına görə araşdırma başlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu