Lavrovdan İrandakı səfirliyimizə hücumla bağlı AÇIQLAMA – VİDEO

Lavrovdan İrandakı səfirliyimizə hücumla bağlı AÇIQLAMA – VİDEO

Hazırda oxunan: Lavrovdan İrandakı səfirliyimizə hücumla bağlı AÇIQLAMA – VİDEO

123049

“Biz Azərbaycanla digər regional formatlarda da birgə işləyirik. Burada əsas olaraq Rusiya-Azərbaycan-İran yüksək səviyyəli üçtərəfli formatını qeyd etmək istəyirəm”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya XİN-in rəhbəri Sergey Lavrov Bakıda keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının 3-cü iclasında çıxışı zamanı deyib.

“Düşünürəm ki, bu formatın da yaxşı gələcəyi var. İndi biz iranlı həmkarlarımız tərəfindən Azərbaycanın Tehrandakı diplomatik nümayəndəliyinə qarşı edilən qanlı hücumun nəticələrinin aradan qaldırılması məqsədilə lazımi tədbirlər görməsində maraqlıyıq. Bu məsələnin həll edilməsinə töhfə verməyə çalışacağıq”, - deyə Lavrov qeyd edib.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO