BMT Baş Assambleyasının prezidenti Azərbaycana GƏLİR

BMT Baş Assambleyasının prezidenti Azərbaycana GƏLİR

Hazırda oxunan: BMT Baş Assambleyasının prezidenti Azərbaycana GƏLİR

122983

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Çaba Koroşi Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunmuş zirvə görüşündə çıxış etmək məqsədilə martın 2-də Azərbaycana rəsmi səfər edəcək. 

BMT-nin Qlobal Kommunikasiyalar Departamentindən Bizim.Media-ya verilən xəbərə görə, Prezident Koroşi dünyanın COVİD-19 pandemiyasının təsirlərini aradan qaldırdığı bir vaxtda elmə, innovasiyaya, texnologiyaya və rəqəmsallaşmaya əsaslanan “yeni reallığa” ehtiyacın olduğunu vurğulayacaq. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəyə səfər edən Çaba Koroşi ölkə başçısı və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri gözlənilir. 

Prezident Çaba Koroşi səfəri martın 3-də başa çatacaq. Səfər zamanı onu aparat rəhbərinin müavini Marani, habelə iqtisadiyyat və enerji məsələləri üzrə aparat rəhbərini müavini Məmmədova da daxil olmaqla dörd nəfərdən ibarət nümayəndə heyəti müşayiət edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO