Britaniyalı jurnalist: “Qarabağda demək olar ki, hər şey dağıdılıb”

Britaniyalı jurnalist: “Qarabağda demək olar ki, hər şey dağıdılıb”

Hazırda oxunan: Britaniyalı jurnalist: “Qarabağda demək olar ki, hər şey dağıdılıb”

122844

“Qarabağa, Şuşa şəhərinə ilk dəfədir səfər edirəm. Bu ərazilərdə demək olar ki, hər şey – dükanlar, evlər, mədəni abidələr dağıdılıb”.

Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində keçirilən dinc aksiya yerinə gələn britaniyalı jurnalist Robert Parker deyib.

Qarabağın təbiətinin, dağların mənzərəsinin çox gözəl olduğunu söyləyən R.Parker qeyd edib: 

“Mən, ümumiyyətlə, Azərbaycana on il əvvəl səfər etmişəm. Buraya gəldiyim üçün çox xoşbəxtəm və qürur duyuram. Region füsunkar təbiəti ilə insanı heyran edir. İnanıram ki, burada olan dağıntılar tezliklə bərpa ediləcək”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO