ARB TV-nin efirində aparıcılar DAVAYA ÇIXDI – VİDEO 

ARB TV-nin efirində aparıcılar DAVAYA ÇIXDI – VİDEO 

Hazırda oxunan: ARB TV-nin efirində aparıcılar DAVAYA ÇIXDI – VİDEO 

122809

“Hələ də rəhmətlik həyat yoldaşımı sevirəm. 10 ildir dünyasını dəyişib. Sevgi ölmür. İnsanın cismi gedirsə, o demək deyil ki, onu sevmirsən. Hər gülən insan xoşbəxt deyil. Heç kimin həyatını müzakirə etməyin. Həyat çox çətindir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı və model Lalə Mustafayeva ekspert qismində iştirak etdiyi “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.  

Daha sonra verilişin aparıcısı Pərvanə Tahirqızı Lalənin bu sözlərinə  “Siz yəqin dəstək almısınız. Maraqlıdır, kimdən almısınız” cavabını verib. 

Pərvanənin çıxışından əsəbiləşən Lalə “Özüm özümə dəstək vermişəm. Psixoloqa ehtiyacım yoxdur. Qadın və kişinin işi olmayanda, acqarına yaşamaq olmur. Dərmana da, yeməyə də pul lazımdı” fikirlərini dilə gətirib. 
Proqramın gedişatında tərəflər arasında gərginlik pik həddə çatıb. Bundan sonra Tahirqızı “Dava etmək mənlik deyil. Sözləriniz mənə qəribə gəldi ki, ekspertlərə nə olub? Ən hörmətli insanlardır. Mənə söz atırsınızsa, "daydayım", tapşıranım yoxdur. Ali təhsil almışam, əziyyətlə gəlib bu yerə çatmışam. Sizə deyirəm ki, psixoloji dəstək olan olub. Mənim heç kimim yoxdur, öz hesabıma burada oturmuşam” münasibət bildirib.  

Lalə isə Pərvanəyə cavab olaraq “Mənim işim olsaydı, gəlib burada ekspert kimi oturub biabır olmazdım” sözlərini ifadə edib. 
 
Mustafayevin bu çıxışından qəzəblənən proqramın digər aparıcısı Elgiz Əkbər qarşı tərəfə sərt cavab verib: 

“Yoldan keçən bu verilişdə ola bilməz. Gedin fəxr edin ki, sizi ekspert kimi bu verilişdə otuzdurub, söz vermişəm. Deyirsiniz ki, mən ekspert olmağa pis baxsaydım, gəlib burada özümü biabır etməzdim”. 

P.Tahirqızı E.Əkbərin bu sözlərinə qarşılıq verib:  

“Hər aparıcının öz dövrü var. Siz olanda mən olmamışam. Mən varam, siz yoxsunuz”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO