Nigar Camalın avtomobilinə yolda HÜCÜM ETDİLƏR - ANBAAN VİDEO

Nigar Camalın avtomobilinə yolda HÜCÜM ETDİLƏR - ANBAAN VİDEO

Hazırda oxunan: Nigar Camalın avtomobilinə yolda HÜCÜM ETDİLƏR - ANBAAN VİDEO

122697

Azərbaycana 2011-ci ildə  "Avroviziya" sevinci bəxş edən müğənni Nigar Camalın avtomobilinə hücüm olunub.

Bizim.Media xəbər verir ki, hadisə ötən gün saat 16:39 radələrində 28 may metrosuna yaxın ərazidəki yolda baş verib.

Belə ki, Camal avtomobili ilə yolla hərəkət etdiyi zaman digər nəqliyyat vasitəsinin sürücüsü onun qarşısına keçib.

Daha sonra avtomobildən enən şəxs Camalın avtomobilinə yaxınlaşaraq, ondan pəncərəni açmağı tələb edib. Nigarın pəncərəni açmadığını görən şəxs onun avtomobilinin yan hissəsinə zərbələr endirib, güzgünü sındırıb. Nigar isə anbaan həmin hadisəni çəkərək sosial şəbəkədə yayımlayıb.
Baş verən hadisə həm sosial şəbəkədə, həm də cəmiyyətdə birmənalı qarşılanmayıb. Onlar Nigar Camalın avtomobilinə hücum edən şəxsi linç edərək, hüquq mühafizə orqanlarının bu məsələyə obyektiv yanaşmalarını istəyiblər.
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO