Yüksək Liqada təxirə salınmış oyun keçirildi - FOTO 

Yüksək Liqada təxirə salınmış oyun keçirildi - FOTO 

Hazırda oxunan: Yüksək Liqada təxirə salınmış oyun keçirildi - FOTO 

122582

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VI turdan təxirə salınan “Xarı bülbül” - “Murov” oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan qarşılaşma “Murov” komandasının üstünlüyü ilə başlayıb.

İlk hissədə 25:18 hesabı ilə qalib gələn Fərid Cəlalovun komandası sonrakı setləri də aktivinə yazıb - 25:18, 25:23. Beləliklə, bu matçdan sonra “Murov” xallarının sayını 26-ya çatdırıb və turnir cədvəlində liderliyini daha da möhkəmləndirib.
12 xala malik “Xarı bülbül” ikinci, 12 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.

VI tur ( təxirə salınan oyun) “Xarı bülbül” - “Murov” 0:3 (18:25, 18:25, 23:25)

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO