Ağstafada quldurluq edənlər SAXLANILDI - FOTO 

Ağstafada quldurluq edənlər SAXLANILDI - FOTO 

Hazırda oxunan: Ağstafada quldurluq edənlər SAXLANILDI - FOTO 

122539

Ağstafa rayonunda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumata görə, Polis Şöbəsinə rayon sakini olan bir qadının evinə naməlum şəxslərin qanunsuz olaraq daxil olduğu, ev sahibini ölümlə hədələyərək 250 manat nağd pul, 1 ədəd qızıl üzük və 1 ədəd qızıl sırğanı ələ keçirərək quldurluq etmələri barədə məlumat daxil olub.
Rayon Polis Şöbəsinin və Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Pərviz Yolçuyev və Ümid Zeynalov saxlanılıb.

Pərviz Zeynalovun ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun rayon sakininə məxsus evdən 39000 manat nağd pul eləcə də paytaxtın Abşeron və Suraxanı rayonlarındakı mənzillərdən müxtəlif qızıl-zinət əşyaları da oğurlaması məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO