Ağrılı ümidlər: Bir gecədə məhv olan şəhərin hekayəsi - VİDEO 

Ağrılı ümidlər: Bir gecədə məhv olan şəhərin hekayəsi - VİDEO 

Hazırda oxunan: Ağrılı ümidlər: Bir gecədə məhv olan şəhərin hekayəsi - VİDEO 

122444

Azərbaycan Televiziyası ilk dəfə işğaldan azad olunduqdan sonra Xocalının ən yaxın görüntülərini lentə alıb. 

Bizim.Media “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, kadrlar “Ağrılı ümidlər: Xocalı hekayəsi” adlı filmdə nümayiş olunacaq. 

Çəkiliş qrupu Xocalı faciəsi zamanı lentə alınmış real kadrların izi ilə araşdırma aparıb, indiyədək gedilməyən nöqtələrdən çəkilişlər edib. 

Filmin baş qəhrəmanı o günlərdə Ağdam məscidinin qarşısında belə bir fikir səsləndirib: 

“Ulu öndər Heydər Əliyev hakimiyyətdə olsaydı, Xocalı faciəsi baş verməyəcəkdi”. 
Adi bir gəncin o vaxt cəsarətlə səsləndirdiyi bu fikir filmin leytmotivini təşkil edir. 

Filmin ssenaristi Afaq Vasifqızı, rejissoru Rəna Yunisli, operatoru isə Elşad Bədəlovdur. Layihənin rəhbəri Elnur Məmmədovdur. 

“Ağrılı ümidlər: Xocalı hekayəsi” filmi 26 fevral saat 22:00-da AzTV-də yayımlanacaq. 

Filmin anonsunu təqdim edirik: 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO