Amerikalı kinorejissor Harvi Vaynşteyn zorlanma işi üzrə 16 il həbs cəzasına məhkum edilib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu müddət Hollivud prodüserinin artıq çəkdiyi 23 illik həbs cəzasına əlavə olunacaq.
Bu isə o deməkdir ki, hazırda 70 yaşı olan Vaynşteyn həbsdən çıxmayacaq.
Məhkəmədə prodüseri ötən ilin dekabrında daha bir zorlama və iki cinsi cinayətdə günahkar bilib.
Vaynşteyn özü isə günahını etiraf etmir:
“Xahiş edirəm məni ömürlük həbs cəzasına məhkum etməyin, buna layiq deyiləm”.
Ümumilikdə məhkəmə Vaynşteynə qarşı dörd qadının ittihamına baxıb. Üç halda onun təqsiri sübuta yetirilməmiş kimi tanınıb. Xüsusilə, Kaliforniya qubernatorunun həyat yoldaşı Cennifer Siebel Neusom, eləcə də aktrisa və ssenarist Loren Yanqın ifadəsi ilə bağlı hökm çıxarılmayıb. Bir ittiham üzrə filmin prodüseri bəraət qazanıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:23 / 24.02.2023
Harvi Vaynşteyn 16 il HƏBS OLUNDU
Hazırda oxunan: Harvi Vaynşteyn 16 il HƏBS OLUNDU
Hazırda oxunan: Harvi Vaynşteyn 16 il HƏBS OLUNDU
122324
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.