Novruz əfvinin siyahısı hazırlanır – AÇIQLAMA

Novruz əfvinin siyahısı hazırlanır – AÇIQLAMA

Hazırda oxunan: Novruz əfvinin siyahısı hazırlanır – AÇIQLAMA

12232

“Əfv Məsələləri Komissiyasının iclasları davam edir, biz bütün müraciətləri nəzərdən keçirib, onlara xüsusi diqqətlə yanaşırıq. Müraciətlər həddən artıq çoxdur. Fevralın 16-da birinci iclasımız keçirildi".

"İclasda müraciətlərin müəyyən hissəsinə baxıldı. Digər müraciətlərə isə önümüzdəki həftələrdə növbəti iclasda müzakirə ediləcək”.

 

MÖVZU İLƏ BAĞLI:

Novruz bayramında böyük amnistiya olacaq? – Komissiya üzvü açıqladı


Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Fazil Mustafa deyib. O, bildirib ki, müraciətlərə tam baxıldıqdan sonra yekun qərar Prezident İlham Əliyevə təqdim olunacaq.

“Prezident bu təqdimatı əsas götürərək, əfv sərəncamı imzalaya bilər, bu, onun səlahiyyətlərinə aid məsələdir”.

Qeyd edək ki, demək olar ki, hər il ənənəvi olaraq Prezident İlham Əliyev Novruz bayramı ərəfəsində əfv fərmanı imzalayır.

Vüsalə Balayeva, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO