Əməkdar artist Bəsti Bəkirova bir neçə gün əvvəl əməliyyat olunub.
Bizim.Media xəbər verir ki, bununla bağlı “Elgizlə izlə” ictimai-sosial verilişində süjet yayımlanıb.
Bildirilib ki, Bəsti xanım cərrah masasına uzanaraq, gözündən əməliyyat olunub. Əməliyyatın uğurla keçdiyini və B.Bəkirovanın özünü yaxşı hiss etdiyi diqqətə çatdırılıb.
Rəşad Əliyev, Bizim.Media