Sülhməramlıların yanacaq daşıyan 11 avtomobili Laçın yolundan keçib

Sülhməramlıların yanacaq daşıyan 11 avtomobili Laçın yolundan keçib

Hazırda oxunan: Sülhməramlıların yanacaq daşıyan 11 avtomobili Laçın yolundan keçib

122165

Bu gün də Rusiya sülhməramlılarına məxsus minik və yük avtomobillərinin azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən keçidinə şərait yaradılır.

Bizim.Media xəbər verir ki, bu dəqiqələrdə sülhməramlıların yanacaq daşıyan 11 avtomobili Laçından Xankəndiyə keçib.

Ekoaksiyanın 74-cü günündə nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər.
Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.

Həmçinin BQXK-yə aid 6 minik avtomobili bu dəqiqələrdə Xankəndiyə keçib. Ekofəallar həmişəki kimi, bu gün də ərazidən humanitar məqsədlər üçün istifadəyə mütəmadi şərait yaradıblar.

Qeyd edək ki, hazırkı vaxtadək aksiya ərazisindən 51 avtomobilin keçidi təmin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO