Xaçmazdan Türkiyəyə 5 modul tipli yaşayış evi GÖNDƏRİLDİ - FOTO

Xaçmazdan Türkiyəyə 5 modul tipli yaşayış evi GÖNDƏRİLDİ - FOTO

Hazırda oxunan: Xaçmazdan Türkiyəyə 5 modul tipli yaşayış evi GÖNDƏRİLDİ - FOTO

122152

Xaçmaz rayon İcra Hakimiyyətinin sifarişi ilə hazırlanmış və hər cür məişət şəraiti ilə təmin olunmuş 5 ədəd müasir modul tipli fərdi yaşayış evi Bakı şəhərindən qardaş ölkəyə yola salınıb.

Bizim.Media-nın yerli bürosu xəbər  verir ki, qısa müddətdə və yüksək keyfiyyətlə hazırlanmış 2 otaqlı belə evlərin hər birində 12 nəfərin yaşaması üçün lazımi şərait yaradılıb.

Zəlzələdən zərərçəkən insanlara yardım aksiyasında Xaçmaz sakinləri, sahibkarlar və könüllülər də fəal iştirak ediblər.

Qardaş ölkəyə toplanan əşyalar arasında qış paltarları, yataq dəstləri, müxtəlif sənaye və ərzaq məhsulları, dərman preparatları, qızdırıcılar, generatorlar, ərzaq, su və digər qida məhsulları çoxluq təşkil edib.

Vətəndaşlar tərəfindən gətirilən yardımlar könüllülər tərəfindən qablaşdırılaraq avtomobillərə yüklənib və qardaş ölkəyə yola salınıb.

Qeyd edək ki, Xaçmaz rayonundan indiyədək zəlzələ bölgəsinə 10-a yaxın yardım avtomobili göndərilib.

Səninləyik, Türkiyə!

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO