Ard-arda zəlzələ baş verən Hatayda SON DURUM - VİDEO 

Ard-arda zəlzələ baş verən Hatayda SON DURUM - VİDEO 

Hazırda oxunan: Ard-arda zəlzələ baş verən Hatayda SON DURUM - VİDEO 

122055

Xəbər verdiyimiz kimi, Hatayda 4,3 bal gücündə zəlzələ olub.

Bizim.Media xəbər verir ki, zəlzələ yerli vaxtla saat 04:42-də baş verib.

Zəlzələ yerin 7,18 kilometr dərinliyində qeydə alınıb.

Qeyd edək ki, 3 gün öncə - fevralın 20-si gecə saatlarında da Hatay əyalətində 6,4 və 5,8 bal gücündə iki zəlzələ baş verib.

Son iki zəlzələ nəticəsində 6 nəfər ölüb. Yaralı sayı isə 562-dir.

Bölgədə hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ 11 vilayətdə böyük dağıntılara səbəb olub.
Hataydan son görüntüləri təqdim edirik:
 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO