AzTV-nin aparıcısı keçirdiyi əməliyyatlardan DANIŞDI: “İstəmişəm etdirmişəm” – VİDEO

AzTV-nin aparıcısı keçirdiyi əməliyyatlardan DANIŞDI: “İstəmişəm etdirmişəm” – VİDEO

Hazırda oxunan: AzTV-nin aparıcısı keçirdiyi əməliyyatlardan DANIŞDI: “İstəmişəm etdirmişəm” – VİDEO

122046

“Saçlarımdan tez yorulan insanam. Tez-tez qısa saçlara müraciət edirəm. Televiziyadan getdiyim ərəfədə geri dönmək fikrim yox idi. Plan qurmaq isə absurd bir şey imiş. Geriyə döndüyüm ərəfədə də, tamaşaçı məni uzun müddət görmədi.

Televiziyadan uzaqlaşanda siravi vətəndaş olmaq istəyirdim. İstəmirdim məndən yazsınlar. Əgər buna bir səbəb yaratmıramsa, heç bir müsahibəyə getmirəm, özümü göstəriş olaraq təqdim etmirəmsə, niyə haqqımda nələrsə yazılmalıdır? Bu məni narahat edirdi, əsəbiləşdirirdi.
Beş müddət keçdi... Mən o beş il müddətində televiziyada da olsaydım belə, yenə də nəyi də etsəydim belə edəcəkdim. Çünki mən belə olmuşam. Beş il müddət keçdi, axı o müddət ərzində yaşlaşmışam axı”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan televiziyasının (AzTV) xəbərlər proqramının aparıcısı Samirə Mustafayeva qonaq olduğu “Həmişə gözəllikdə” adlı verilişində deyib.

Televiziya ulduzu keçirdiyi əməliyyatlardan söz açıb:

“Burun əməliyyatı etdirmişəm. Bunu bəlkə də gec etmişəm. Çünki ürəyimdə problem var. Burnumu çəpər əyriliyinə görə əməliyyat etdirməmişəm. Sevindim ki, nə yaxşı problem çıxdı ki, burnumu əməliyyat etdirdim. Çünki bəzi kiçik nüans vardı və onu sevmirdim.

Diqqətlə baxsaz görərsiniz ki, həmin problemi tam da olaraq aradan götürmək olmayıb. Bu görüntüdən də əlavə ürəyimdə problem var idi. Gecələr nəfəs ala bilmirdim. Amma söhbət bu deyil. Mən bu əməliyyatı estetik baxımından etdirmişəm. İstəmişəm etdirmişəm.
Dişlərimi də düzəltdirmişəm. Dodaqlarımı düzəltdirmişəm. Kosmetoloji prosedurlara gec başlamışam. 38 yaşım var. Körpə uşaq yaşında deyiləm. Deyirlər ki, üzü botoksdur... Anlamırlar ki, botoks üzdəki qırışları açmaq üçündür. Gülməyim gəlir ki, insanlar bilmədiklərini danışırlar”.

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO