Ata elçiliyə gələnlərə qapı açmadı, dava düşdü - DETALLAR

Ata elçiliyə gələnlərə qapı açmadı, dava düşdü - DETALLAR

Hazırda oxunan: Ata elçiliyə gələnlərə qapı açmadı, dava düşdü - DETALLAR

121942

Bu günlərdə Gəncədə xoşagəlməz hadisə baş verib. 

Bizim.Media "qafqazinfo.az" a istinadən xəbər verir ki, sevdiyi qızın evinə gedərək dava salan gənc oğlan polis tərəfindən saxlanılıb. 

Belə ki, şəhər sakini Sultan Məmmədov (ad-soyad şərti) 2 il müddətində sevdiyi qızın evinə valideynlərini elçi göndərib. Lakin hər dəfə qızın atası qapını açmaqdan imtina edib. Bir neçə gün əvvəl eyni hal yenidən təkrarlanıb. Valideynlərinin qapıdan qaytarıldığını görən S.Məmmədov qızgilin qapısını döyərək uca səslə onun atasını və özünü söyüb. Bundan sonra qızın atası polisə müraciət edib. 

Ərazi üzrə hadisə yerinə Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları gəlib və S.Məmmədov bölməyə dəvət edilib. Bölmədə onun qızın yaşadığı evə yaxın getməməyi barədə iltizama imza atması tələb edilib. Lakin gənc oğlan iltizama imza atmaqdan imtina edib və əsəbiləşərək müqavimət göstərib. 
Bundan sonra onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib. Gəncə Şəhər Məhkəməsinin qərarı ilə ona 8 sutka inzibati həbs cəzası verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO