İƏT-in Baş katibi Xocalı soyqırımının ildönümü ilə bağlı BAŞSAĞLIĞI VERDİ 

İƏT-in Baş katibi Xocalı soyqırımının ildönümü ilə bağlı BAŞSAĞLIĞI VERDİ 

Hazırda oxunan: İƏT-in Baş katibi Xocalı soyqırımının ildönümü ilə bağlı BAŞSAĞLIĞI VERDİ 

121804

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hüseyn Brahim Taha Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib. 

Bizim.Media xəbər verir ki, bu barədə İƏT-in rəsmi “Twitter” hesabında paylaşım edilib. 

"Azərbaycan Respublikasının Xocalı şəhərindəki soyqırımının anımının 31-ci ildönümü münasibətilə İƏT-in Baş katibi Hiseyn Brahim Taha 1992-ci il qətliamında həyatını itirənlərlə bağlı başsağlığı verir.
Xocalı hadisəsi Ermənistan Respublikası tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalının nəticəsidir.

2013-cü ildə Qahirədə keçirilən İslam Zirvə Toplantısının 12-ci Sessiyasında qəbul edilmiş Qahirə Yekun Kommunikesi və təşkilatın XİN rəhbərlərinin 48-ci Sessiyasında qəbul edilmiş "1992-ci il Xocalı qırğını qurbanları ilə həmrəylik" qətnaməsi işğal altında olan Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi vəhşilikləri hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırımı kimi tanıyıb", - deyə paylaşımda qeyd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO