Bakıda su polosu üzrə “BAKU WINTER CUP” turniri keçirilib - FOTO

Bakıda su polosu üzrə “BAKU WINTER CUP” turniri keçirilib - FOTO

Hazırda oxunan: Bakıda su polosu üzrə “BAKU WINTER CUP” turniri keçirilib - FOTO

121697

Bakı Su İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş su polosu üzrə “BAKU WINTER CUP” turniri keçirilib.

Bizim.Media Azərbaycan Üzgüçülük Federasiyasına istinadən xəbər verir ki, yarışlara 5 komanda qatılıb.

Bakı Gənclər və İdman İdarəsi, Azərbaycan Üzgüçülük Federasiyası və Qarabağ vaterpol klubu tərəfindən təşkil olunan turnirdə Qarabag-Aquatic komandası 1-ci yer, 145 Qrup komandası 2-ci yer, Sharks komandası isə 3-cü yerə layiq görülüblər. Yarışın sonunda qaliblər kuboklar, medallar, diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Federasiyadan bildiriblər ki, yarışın keçirilməsində məqsəd idmanın bu növünə olan marağı artırmaq, su polosunu gənclər və yeniyetmələr arasında sevdirməkdi.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO