Tanınmış hüquqşünas və bloger Mark Feyqin bildirib ki, ABŞ prezidenti Co Bayden Kiyevdədir.
Bizim.Media xəbər verir ki, hələlik bu barədə rəsmi məlumat yoxdur.
Feyqinin dediklərini Bild qəzetinin jurnalisti Julian Repke də təsdiqləyib.
Ukrayna xarici işlər nazirinin müavini Andriy Melnik isə bir az öncə deyib ki, bu gün “Kiyevdə sürpriz hazırlanır”.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya təcavüzünün ildönümü ərəfəsində “şifahi dəstəkdən əlavə, ukraynalılar Kiyevdə bizim mühüm, əsas tərəfdaşlarımızın olmasını da görəcəklər”.
Bu arada, Ukrayna-Polşa sərhədi yaxınlığında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç böyük kəşfiyyat təyyarəsi havada uçur.
Bizim.Media