Şəki-Zaqatala Regional Təhsil İdarəsi və rayon təhsil sektorunun əməkdaşları Şıxali Qurbanov adına 3 nömrəli tam orta məktəbin valideyn komitə üzvləri və müəllimlərlə görüşüblər.
Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, səhər saatlarından Zaqatala şəhər Şıxali Qurbanov adına 3 nömrəli tam orta məktəbin qarşısında etiraz aksiyası keçirən valideyn və müəllimlərlə müvafiq qurumların rəsmi nümayəndələri görüşüb.
Razılıq əldə olunub ki, hər kəsin şikayəti dinlənəcək və lazımi tədbir görüləcək.
Bizim.Media-nın sorğusuna cavab olaraq, Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, məlumat daxil olan kimi məktəbə rayon təhsil sektorunun əməkdaşları yollanıb. Bildirilib ki, ilkin araşdırmalar aparılıb, valideynlər dinlənilib.
MÖVZU İLƏ BAĞLI:
Zaqatalada müəllimlərin yeni direktordan narazılığının səbəbi BƏLLİ OLDU – DETALLAR/FOTO
Daha sonra Regional təhsil idarəsinin sektor müdiri Bəhruz Nəbili valideyn komitə üzvləri həmçinin müəllim kollektivi ilə görüşərək fikir mübadiləsi aparıb. Araşdırmalara başlanılıb.
Bəhriz Nəbilinin Bizim.Media-ya eksklüzüv açıqlamasını təqdim edirik:
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu